azturkxeber.az
http://azturkxeber.az

8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib

05-11-2025

Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 31 oktyabr tarixli plenar iclasında qəbul edilmiş 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, Bəyanatda 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biri olduğu, döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edildiyi vurğulanır. Bəyanatda bildirilir ki, bu ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.

Sənəddə həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinin İkinci Qarabağ müharibəsində qələbənin tarixi əhəmiyyətini qeyd edərək, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə etdiyi, Azərbaycan Respublikası Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəklədiyi vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930