azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” Fondunun 2-ci intellektual marafonu keçirilib

04-11-2025

1-3 noyabr 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün 2-ci intellektual marafon baş tutub.

Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü çərçivəsində gerçəkləşən layihə 16-23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib.

Marafon bp-nin, Azercell Telekomun və Quba Palace Hotelin sponsorluğu ilə reallaşdırılıb.

Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olub.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə saatları keçirilib.

Həmçinin qaliblər və bütün marafon iştirakçıları müxtəlif qiymətli hədiyyə, mükafatlarla təltif olunublar.

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930