azturkxeber.az
http://azturkxeber.az

Teleradio Akademiyasının rektoru: İnformasiya savadlılığı və məsuliyyətli media davranışı cəmiyyət üçün son dərəcə vacibdir

04-11-2025

Teleradio Akademiyasının rektoru: İnformasiya savadlılığı və məsuliyyətli media davranışı cəmiyyət üçün son dərəcə vacibdir

Bu gün bir çox hallarda jurnalistlər sosial mediada hər hansı xəbəri gördükdə, onu dəqiqləşdirmədən dərhal paylaşırlar. Halbuki, peşəkar jurnalist üçün belə davranış qəbuledilməzdir.

Bunu Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud noyabrın 4-də keçirilən “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı deyib.

Almaz Mahmud bildirib ki, bu, həm jurnalistin öz reputasiyasına, həm də ümumilikdə medianın etibarlılığına zərər vurur: “Müasir dövr bizə göstərir ki, informasiya savadlılığı və məsuliyyətli media davranışı cəmiyyət üçün son dərəcə vacibdir. Təəssüf ki, bu gün bir çox peşəkar jurnalistlər sosial mediada ciddi səhvlərə yol verirlər. Halbuki, bizim bir prinsipimiz olmalıdır. Əgər biz peşəkar mediada müəyyən standartlara riayət ediriksə, sosial mediada da eyni qaydalara əməl etməliyik”.

O bildirib ki, xüsusilə ailə və uşaq mövzuları kimi həssas məsələlərdə jurnalistlərin etik standartlara əməl etməsi son dərəcə vacibdir: “Burada empatiya ön plana çıxmalıdır. Jurnalist hər zaman hadisənin iştirakçısının yerinə özünü qoyaraq davranmalıdır. Əgər hər hansı uşaq müəyyən çətin vəziyyətlə üzləşibsə, biz bu məsələni sensasiya vasitəsinə çevirməməli, əksinə, empatik və etik yanaşma nümayiş etdirməliyik. Jurnalistin vəzifəsi hadisəni tirajlamaq deyil, onu düzgün, insani şəkildə işıqlandırmaqdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930