Naftalanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək və yaşıl mühitin qorunmasına töhfə vermək məqsədilə şəhərin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
Aksiyada şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində torpaq-iqlim şəraitinə uyğun Eldar şamı ağacları əkilib. Hər bir ağac torpağa ümid, Zəfərimizə ehtiram və gələcəyə olan inamın əyani təzahürü kimi dəyərləndirilib. Zəfər Günü münasibətilə həyata keçirilən ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




