azturkxeber.az
http://azturkxeber.az

İşıq cihazlarının sazlığı yol təhlükəsizliyinin əsas şərtidir

04-11-2025

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusən də xarici işıq cihazlarının sazlığı və təmizliyinə diqqət yetirməyə çağırır.

Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş yol Polisi idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Ön və arxa fənərlər, dönmə işıq göstəriciləri, geriyə hərəkət və işıqqaytarıcı sistemlər yalnız yolu deyil, sürücünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.

Sutkanın qaranlıq vaxtı, eləcə də dumanlı və yağışlı havalarda işıq cihazlarının düzgün işləməməsi görmə məsafəsini azaldır, qəza riskini artırır.

Unutmayaq ki, təhlükəsiz yol hər birimizin məsuliyyətidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930