azturkxeber.az
http://azturkxeber.az

AZPROMO və Polşa İnvestisiya və Ticarət Agentliyi arasında görüş keçirilib

04-11-2025

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, özəl sektorda əlaqələrin gücləndirilməsi məqsədilə şirkətlər arasında sorğunun keçirilməsi barədə razılıq əldə olunub.

Varşava şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) İdarə Heyətinin sədri Andjey Dıha ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Polşa iqtisadi əməkdaşlığının inkişafı, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının səmərəli istifadəsi və ticarət dövriyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər özəl sektorda əlaqələrin gücləndirilməsi məqsədilə şirkətlər arasında sorğunun keçirilməsi, mövcud tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və sorğu nəticələrinə əsasən konkret və praktiki addımların atılması barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930