azturkxeber.az
http://azturkxeber.az

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

03-11-2025

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir.

DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları olan Astara rayon sakinləri – 1980-cı il təvəllüdlü Ruhid Murtuza oğlu Ağabalayev, 1985-ci il təvəllüdlü Namik Xanhüseyn oğlu Həsənov və 1974-cü il təvəllüdlü Arif Sürət oğlu Həsənov sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930