azturkxeber.az
http://azturkxeber.az

TƏBİB: Oktyabrın 8-dən noyabrın 2-dək 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub

03-11-2025

TƏBİB: Oktyabrın 8-dən noyabrın 2-dək 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks-epidemik tədbirlər həyata keçirilir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-dən noyabrın 2-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 min 352, 18-59 yaş aralığı 11 min 364, 60 yaş və yuxarı isə 2 min 846 nəfərdir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930