azturkxeber.az
http://azturkxeber.az

NİİM yağıntılı hava ilə bağlı sürücülərə müraciət edib

03-11-2025

NİİM yağıntılı hava ilə bağlı sürücülərə müraciət edib

Yağıntılı havalarda yola çıxmazdan əvvəl avtomobilin sazlığını yoxlayın.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.

Bildirilib ki, yağıntılı hava şəraitində texniki nasaz nəqliyyat vasitəsi ilə hərəkət etmək paytaxt yollarında hərəkət intensivliyinə təsir göstərir. Belə havada nasaz avtomobillərin yolda qalması süni sıxlıqların yaranmasına gətirib çıxarır. Nəticədə də digər nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranır, eyni zamanda qəza riski artır.

Mərkəz sürücülərə yola çıxmazdan əvvəl avtomobillərinin texniki vəziyyətini yoxlamalarını tövsiyə edir. Xüsusilə, təkərlərin vəziyyəti, əyləc sistemi, şüşə silənlərin işlək olması, həmçinin işıq sisteminin düzgün işləməsi önəmlidir.

Yağıntılı havalarda sürücülərin ehtiyatlı davranması, sürət həddinə və məsafəyə riayət etməsi, eləcə də nasazlıq baş verdikdə avtomobili yolun kənarına çəkməsi vacibdir. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930