DİN: Qanunsuz saxlanılan odlu silah və sursatlar aşkar edilərək götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib
Noyabrın 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 tüfəng, 10 mərmi və 7 ədəd patron aşkar edərək götürüblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: