azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş İkinci Ərəb İdarəetmə Forumunda iştirak edib.

Tədbir Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCWA) və BƏƏ Hökumətinin təşkilatçılığı ilə baş tutub.

Forumda BƏƏ, Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş, Tunis, İordaniya, Oman, Bəhreyn, Cibuti, Somali, Livan kimi ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eləcə də beynəlxalq təşkilatların və akademik qurumların təmsilçiləri iştirak ediblər.

Məqsəd dövlət idarəçiliyində yeni strategiyaların müəyyənləşdirilməsi üçün müzakirələrin aparılması, innovasiyanın təşviqi məqsədilə hökumətlər, özəl sektor və akademik dairələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yaxşı təcrübələrin bölüşülməsi olub.

Dövlət Agentliyinin nümayəndəsinin təqdimatı zamanı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Bu model vasitəsilə dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən innovativ və şəffaf yanaşmalar, eləcə də modelin tətbiqinin vətəndaş məmnunluğuna təsiri diqqətə çatdırılıb.

Həmçinin hazırda Azərbaycanın intellektual brendinin bir sıra ərəb ölkələri də daxil olmaqla 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Bu çərçivədə BƏƏ-nin, Mərakeşin, İordaniyanın, Somalinin, eləcə BMT-nin müxtəlif bölmələrinin nümayəndələri ilə görüşlər də keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930