azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib

02-11-2025

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Müxtəlif ölkələrin dövlət, hökumət və parlament rəhbərlərinin iştirak etdiyi tədbirdə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirakçılara müraciəti səsləndirilib. Həmçinin, Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli salamlama nitqi söyləyib.

Açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın nümayişi ilə davam edib, daha sonra muzeyin ən simvolik artefaktlarının sərgisi nümayiş olunub.

Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar və 100.000-dən çox artefakt mövcuddur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930