Zaqatalada tanışlarını ölümcül döyməkdə şübhəli bilinən daha bir nəfər saxlanıldı
Oktyabr ayının ortalarında Zaqatalada iki nəfər tanışlarını ölümcül döyərək xəstəxanalıq etmişdi.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən daha biri - 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılmışdı.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: