azturkxeber.az
http://azturkxeber.az

Qrenlandiyalı qadınlar hökumətdən böyük məbləğdə kompensasiya tələb edirlər

01-11-2025

Qrenlandiyalı qadınlar hökumətdən böyük məbləğdə kompensasiya tələb edirlər

Son bir həftə ərzində Qrenlandiyada 20 qadın orqanizmlərinə məcburi tibbi müdaxilələrə görə kompensasiya tələbi ilə müraciət edib.

Qrenlandiyanın Ədliyyə və Gender Bərabərliyi Nazirliyi onların hər birinin 300 min kron (təxminən 43 min dollar) ala biləcəyini bildirib. Qadınlara 1992-ci ildən sonra onların razılığı olmadan uşaqlıqdaxili spirallar və digər kontrasepsiya vasitələri implantasiya edilib.

Sentyabrda Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiya hökuməti zərərçəkənlərdən rəsmi olaraq üzr istəyib. Spiralların məcburi qoyulması təcrübəsi onilliklər boyu davam edib, lakin mövcud kompensasiya sxemi yalnız Qrenlandiyanın səhiyyə sistemi üçün müstəqil məsuliyyəti öz üzərinə götürdüyü 1992-ci ildən sonrakı hallara şamil edilir.

Daha əvvəl Səhiyyə Nazirliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, 1960-1970-ci illərdə ən azı 4070 qrenlandiyalı qadın və qıza zorla spiral implantasiya edilib. Bunlardan 143 qadın artıq hökumətə qarşı iddia qaldıraraq insan hüquqlarının pozulmasına görə ümumilikdə 43 milyon kron (6,1 milyon dollar) məbləğində təzminat tələb edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930