azturkxeber.az
http://azturkxeber.az

FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

01-11-2025

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

FHN-dən verilən məlumata görə, aksiya oktyabrın 31-də "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin tabeli idarəsinin xidməti ərazisinin Bakı-Şamaxı magistral avtomobil yolunun 28-ci kilometrliyində yerləşən ərazidə təşkil olunub.

Tədbirin məqsədi ətraf mühitin qorunmasına töhfə vermək, yaşıllıqların artırılmasına dəstək göstərmək, yaşıl və güclü Azərbaycan ideyasını təcəssüm etdirməkdən ibarət olub.

Aksiyada müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930