azturkxeber.az
http://azturkxeber.az

Bu gün Serbiyada matəm günüdür

01-11-2025

Bu gün Serbiyada matəm günüdür

Noyabrın 1-i Serbiyada matəm günü elan olunub.

Bununla bağlı Serbiya hökuməti qərar qəbul edib.

Belə ki, ötən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmiryolu vağzalında 16 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəza ilə əlaqədar 1 noyabr tarixi ölkədə matəm günü elan olunub.

Serbiya Prezidenti Aleksandar Vuçiç faciənin ildönümü ilə bağlı əhaliyə müraciətində deyib: “Bir il əvvəl ölkəmiz böyük bir faciə yaşadı, stansiya binasının tavanının çökməsi nəticəsində 16 nəfər həyatını itirdi. O vaxtdan bəri cəmiyyətimiz qarışıqlıq içindədir”.

Aleksandar Vuçiç bütün vətəndaşlardan bu tarixi cəmiyyəti parçalayan deyil, birləşdirən gün etməyə çağırıb.

Xatırladaq ki, faciəvi qəza bir il ərzində Serbiya gündəmini dəyişib, müxtəlif şəhərlərdə tələbələrin kütləvi etirazlarına səbəb olub. Bu müddət ərzində Baş nazir və digər nazirlər istefa verib. Serbiya Milli Assambleyası hökumətin istefasını təsdiqləyib, ölkədə yeni hökumət formalaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930