azturkxeber.az
http://azturkxeber.az

“Azercell” ilə “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

01-11-2025

®  “Azercell” ilə “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Azərbaycanın startap ekosistemində mələk investorluğun inkişafına ciddi töhfə verən “Mələk İnvestorlar Məktəbi” bu il “Azercell”in dəstəyi ilə daha geniş və interaktiv proqramla keçiriləcək. Təlim 4-6 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq.

Proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirakçılarla praktik biliklərini paylaşacaq, startap portfellərinin formalaşdırılması, düzgün seçimlər və uğurlu investisiya strategiyaları barədə dəyərli tövsiyələr verəcəklər. Sessiyalar ingilis dilində keçiriləcək.

2024-cü ildə layihə artıq 200-dən çox potensial investora təlim keçmiş, onların “SABAH Angels” klubuna üzvlüyünü təmin etmiş və startaplara yüz minlərlə dollar investisiya yönləndirmişdi. Bu il proqram daha böyük və interaktiv şəkildə təşkil olunacaq.

Təlimi tamamlayan və sonrakı altı ay ərzində startaplara investisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Beş qalib 2026-cı ildə Silikon vadisinə bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanmaqla səfər imkanı qazanacaq.

Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “SABAH Angels” klubunun dəstəyi ilə həyata keçirilir.

Ətraflı məlumat üçün: www.angelinvestor.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930