“Məşğulluğa Dəstək Layihəsi” üzrə növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinə başlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinə start verilib.
Məqsəd Layihə çərçivəsində 2020-2024-cü illərdə avadanlıqlarla təmin edilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmuş şəxslərə öz bizneslərini genişləndirmək üçün əlavə dəstəyin göstərilməsidir.
Müsabiqəyə ölkənin bütün şəhər və rayonları üzrə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində kiçik biznesini qurmuş şəxslər müraciət edə bilər.
Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:
• Biznes fəaliyyətinin birinci ilini biznes plana uyğun olaraq tamamlamalı, istifadəsinə və ya mülkiyyətinə verilmiş əmlaklarla fəaliyyət istiqamətinə uyğun biznes fəaliyyəti ilə məşğul olmalıdır;
• Qeydiyyata alınmış vergi ödəyicisi olmalı və son 12 ay ərzində vergi və digər məcburi sosial ödənişləri tam şəkildə ödəməli, borcu olmamalıdır.
Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalana bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər https://survey.sosial.gov.az/index.php/937811?lang=az linki vasitəsilə müraciət edə bilərlər.
Növbəti mərhələdə müsabiqənin tələblərinə uyğun olan şəxslərə biznes plan nümunəsi göndəriləcəkdir. Təqdim ediləcək biznes planlar qiymətləndirildikdən sonra qalib şəxslərə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində əlavə dəstək göstəriləcək.
Müsabiqədə iştirak üçün son müraciət tarixi: 12 noyabr 2025-ci il, saat 18:00-a qədərdir.
Əlavə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına və onların xidmət şöbələrinə və ya DOST mərkəzlərinə müraciət edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: