azturkxeber.az
http://azturkxeber.az

Vergiödəyicilərinin 20 mindən çox yazılı müraciəti cavablandırılıb

11-08-2025

Vergiödəyicilərinin 20 mindən çox yazılı müraciəti cavablandırılıb

2025-ci ilin yanvar-iyul ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 348 min728 şəxs qəbul edilib, onlara 556 min 884 sayda xidmət göstərilib ki, bunun da 192,4 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 131,3 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,6 faizini təşkil edib:

- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- “ASAN İmza” sertifikatlarının verilməsi;

- Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergiödəyicisinə arayışların verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Vergiödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Yanvar – iyul ayları ərzində vergiödəyicilərindən daxil olmuş 20,2 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 16,7 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2335 vergiödəyicisinin iştirakı ilə 232 görüş keçirilib, 2948 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 919 mindən çox SMS göndərilib.

Yanvar – iyul ayları ərzində ümumilikdə 184 min 978 müraciət üzrə 281 min 510 “ASAN İmza” sertifikatı verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031