Türkiyə Respublikası Polis Akademiyasının peşəkar təlimçiləri tərəfindən Polis Akademiyasının pedaqoji heyətinə növbəti təlim keçirilib
DİN-in Polis Akademiyasında tədris prosesində innovativ təlim metodlarının tətbiqi, pedaqoji heyətin peşə bacarıq və vərdişlərinin daha da yüksəldilməsi üçün Akademiyanın pedaqoji heyəti ilə “Polis təlimçilərinin bacarıqlarının artırılmasına dair ixtisaslaşdırma təlimi” mövzusunda kursun keçirilməsi məqsədilə Akademiyaya Türkiyə Respublikası Polis Akademiyasından ixtisaslaşdırılmış və peşəkar təlimçilər dəvət olunub.
21 iyul - 01 avqust 2025-ci il tarixlərində keçirilən təlimdə Türkiyə Respublikası Polis Akademiyasının müxtəlif kafedralarından ümumilikdə 20 müəllim iştirak edib. Mütəxəssislər tərəfindən təlimçinin qiymətləndirilməsi, təlimçi bacarıqlarının inkişafı, etik və liderlikyönümlü inkişaf, öyrədən və öyrənən mərkəzli təhsil modelləri, təcrübəyə əsaslanan öyrənmə, kritik düşüncə və problem həll etmə, şəxsi və peşəkar inkişaf və digər müasir pedaqoji və psixoloji yanaşmalar, təlimçinin ümumi davranış qaydaları barədə ətraflı məlumatlar verilib.
İnteraktiv qaydada keçirilən təlim müddətində iştirakçılar onlara verilmiş tapşırıqlara əsasən təqdimatlarla çıxışlar edib və mövzular ətrafında müzakirələr apararaq simulyasiya dərsləri keçiblər. Sonda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib.