azturkxeber.az
http://azturkxeber.az

Uşaq Hüquqlarının Təbliğində Fəal Rol: Uşaq Səfirlər Məclisinin uğurlu fəaliyyəti

31-07-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi 2020-ci ildə yaradılıb. Məclisin məqsədi – uşaq hüquqlarının təşviqi, liderlik və ictimai iştirakçılıq bacarıqlarının inkişafı, eləcə də uşaqların fəal vətəndaş kimi yetişməsinə dəstək olmaqdır.

Məclisin 15 üzvü var, regionlarda isə bir qız və bir oğlan olmaqla regional nümayəndələr fəaliyyət göstərir. Onlar öz rayonlarında yerli icra və təhsil orqanları ilə əməkdaşlıq edərək sosial layihələr həyata keçirir, Bakı və rayon fəalları da bu layihələrə qoşulurlar.

“Uşaq Səfirlər Məktəbi” təcrübə proqramı çərçivəsində uşaqlar yay aylarında Kiber Təhlükəsizlik Klubu və Debat Klubu kimi təşəbbüslərdə iştirak edərək, öz bilik və bacarıqlarını daha da inkişaf etdirirlər.

2025-ci ilin ilk 6 ayı ərzində layihənin ümumilikdə 1839 nəfər iştirakçısı olub, 366 tədbir keçirilib və bu tədbirlərdən 12.765 uşaq faydalanıb.

Qeyd edək ki, Məclisə seçim Dövlət Komitəsi tərəfindən müsahibə əsasında həyata keçirilir. Namizədlərin bilik səviyyəsi, sosial bacarıqları, fəallığı və təşəbbüskarlığı qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031