azturkxeber.az
http://azturkxeber.az

Şəki və Oğuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib

31-07-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Konstitusiya və suverenlik ili” ilə əlaqədar Şəki ASAN Xidmət mərkəzində, Şəki rayonunun Baş Kəldək və Oğuz rayonunun Dəymədərə kəndlərində yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarının, sakinlərin, ASAN könüllülərinin iştirakı ilə növbəti hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov tədbirlərdə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsini diqqətə çatdırıb.

Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, xüsusilə də müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətləri, habelə Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib.

Yekunda mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031