azturkxeber.az
http://azturkxeber.az

Xəzərin Şüvəlan sahili tullantılardan təmizlənib

30-07-2025



Ətraf mühitin mühafizəsinə töhfə vermək, cəmiyyətdə ekoloji məsuliyyəti artırmaq və ictimai iştirakçılığı təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyini təşkilatçılığı ilə keçirilən "Təmiz ölkəm" təmizlik aksiyası növbəti dəfə Xəzər dənizinin Şüvəlan sahilində təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun əməkdaşlarının, Eko-Dayvinq Gənclər Mərkəzinin nümayəndələrinin və könüllülərin iştirak etdiyi aksiya zamanı iştirakçılar ümumilikdə 450 kiloqramdan artıq tullantını sahil zolağından təmizləyib.

Qeyd edək ki, ekoloji şüurun artırılmasına yönəlmiş təmizlik aksiyaları mövsüm boyu Bakıda və regionlarda hər həftə davam etdiriləcək.

Eko-Dayvinq Gənclər Mərkəzinin rəhbəri Bəşir Cabbarov bildirib ki, mərkəzin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə icra etdiyi “Xəzərin nəfəsi” ekolayihə yalnız tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda, gənclərdə peşəkar dayver və ekoloqlar tərəfindən maarifləndirici seminar və nümayişlər təşkil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031