azturkxeber.az
http://azturkxeber.az

Türkiyə Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək məsələlər məlum olub

30-07-2025

Türkiyə Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək məsələlər məlum olub

Türkiyə Təhlükəsizlik Şurasının bu ilin əvvəlindən bəri keçiriləcək dördüncü iclasında meşə yanğınları, terrorizmlə mübarizə, PKK terror təşkilatının özünü buraxması və tərk-silah edilməsi, Suriya və Ukrayna məsələləri müzakirə ediləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçiriləcək iclasın iştirakçıları meşə yanğınları ilə mübarizəyə, o cümlədən yaşıl sahələrin yandırılması və təxribata qarşı tədbirlərə xüsusi diqqət yetirəcəklər.

Həmçinin PKK-nın Suriya qanadı, eləcə də bu qanlı strukturun Avropa ölkələrindəki hücrələrindən Türkiyənin milli təhlükəsizliyi üçün yaranan risklərin təhlili planlaşdırılır.

Bundan əlavə, Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvləri Rusiya Federasiyası ilə Ukrayna arasında uzunmüddətli sülhün təmin edilməsi üçün diplomatik səylərə diqqət yetirəcəklər. İstanbulda sülh danışıqlarının yeni raundu üçün şərait yaratmaq istiqamətində addımlar müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031