azturkxeber.az
http://azturkxeber.az

Tramp ukraynalı qaçqınlara müharibənin sonunadək ABŞ-da qalmağa icazə verəcək

30-07-2025

Tramp ukraynalı qaçqınlara müharibənin sonunadək ABŞ-da qalmağa icazə verəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ukraynalı qaçqınlara müharibənin sonunadək Birləşmiş Ştatlarda qalmağa icazə veriləcək.

Bu barədə “Kyiv Post” nəşrinə istinadla xəbər verir.

Donald Tramp jurnalistlərə deyib: “Belə də edəcəyik. Ölkəmizdə Ukraynadan gəlmiş çoxlu insan var və biz onlarla işləyirik”.

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra əvvəlki administrasiyanın təşəbbüsü ilə həyata keçirilən proqramlar çərçivəsində ABŞ-da yaşamaq icazəsi almış şəxslər də daxil olmaqla, miqrantlara qarşı immiqrasiyaya siyasətini sərtləşdirir.

Belə ki, yanvar ayından Tramp administrasiyası Baydenin prezidentliyi dövründə yaradılmış humanitar səbəblərə görə şərti, vaxtından əvvəl azadetmə proqramlarını aktiv şəkildə nəzərdən keçirir və bəzi hallarda isə onlara xitam vermək üçün addımlar atır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031