azturkxeber.az
http://azturkxeber.az

Spiker Sahibə Qafarova: “Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi DİM-lərin uğurla reallaşdırılmasına mühüm töhfə verir”

30-07-2025

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Cenevrədə Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində keçirilən panel müzakirəsindəki çıxışında deyib.

Spiker bildirib ki, ölkəmizin azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramının həyata keçirilməsi DİM-lərin uğurla reallaşdırılmasına mühüm töhfə verir. Aparılan yenidənqurma işləri ilə yanaşı, bu ərazilərdə bu gün artıq əlli mindən çox insan yaşayır, işləyir və təhsil alır.

Spiker Sahibə Qafarova bildirib ki, azad edilmiş ərazilərin minalarla çirklənməsi bu ərazilərin inkişafı üçün əsas maneə olaraq qalır. Məhz buna görə də Azərbaycan “Təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər”i özünün 18-ci milli DİM-i kimi qəbul edib. Həmçinin, bu məqsədin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təsis olunması da təklif edilib.

Cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti 2027–2030-cu illər üzrə yeni inkişaf strategiyasının və “İkinci Böyük Qayıdış Proqramı”nın hazırlanması ilə bağlı Sərəncam imzalayıb. Bu sənədlərin icrası DİM-lərin həyata keçirilməsinə daha böyük töhfələr verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031