azturkxeber.az
http://azturkxeber.az

Salvador Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30-07-2025

Salvador Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

İspan sürrealizminin görkəmli nümayəndəsi Salvador Dalinin müəllifi olduğu təsdiqlənən bir rəsm əsəri Britaniyanın Kembric şəhərində təsadüfən tapılıb.

Cəmi 150 funt sterlinqə alınan əsərin oktyabr ayında keçiriləcək hərracda 30 min funt sterlinqə qiymətə satılacağı gözlənilir. Bu nadir əsər adı açıqlanmayan kolleksiyaçı tərəfindən əldə olunub və orijinallığı mütəxəssislər tərəfindən təsdiqlənib.

“Vecchio Sultano” (Yaşlı sultan) adlı əsər 2023-cü ildə Kembricdə bir evdə aşkarlanıb. Akvarel və flomasterlə işlənmiş rəsmdə “Min bir gecə nağılları”ndan səhnə təsvir olunub. Bu əsər məşhur rəssamın Yaxın Şərq nağıllarına həsr etmək istədiyi 500 illüstrasiyadan ibarət planlaşdırılmış silsilənin bir hissəsi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031