azturkxeber.az
http://azturkxeber.az

Sahibə Qafarova: BMT-də islahatlar bütün ölkələrin və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir

30-07-2025

Hər hansı islahat yalnız bəzi dövlətlərin deyil, bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir.

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrənin Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin VI Dünya Konfransındakı çıxışında BMT-də islahatlar mövzusuna toxunaraq bildirib.

Spiker Sahibə Qafarova deyib ki, beynəlxalq hüquq normaları və prinsipləri qorunmalı, ikili standartlar rədd edilməli, qəbul edilmiş qərarlar həyata keçirilməlidir. Yalnız bu şərtlər altında hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail olmaq mümkündür.

O qeyd edib ki, BMT-nin mərkəzində dayanan güclü və inklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemində effektiv islahatların aparılması ilə bağlı müzakirələr hələ də davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031