azturkxeber.az
http://azturkxeber.az

Rusiyadakı səfirliyimiz Cəmalə Mirzəyeva ilə bağlı vəziyyətə aydınlıq gətirib

30-07-2025


Azərbaycanın Rusiyadakı səfirliyi tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi haqqında bir sıra media orqanlarında yer alan məlumatlarla bağlı bəyanatla çıxış edib.

Bu məsələnin təfərrüatlarını dəqiqləşdirmək üçün səfirlik operativ şəkildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı qeyd olunub ki, bu məsələ ilə əlaqədar Azərbaycanın səlahiyyətli orqanlarından səfirliyə heç bir rəsmi müraciət daxil olmayıb.

Eyni zamanda, vəziyyətin ictimai əhəmiyyətini və Azərbaycan ziyalılarının nümayəndələrinin narahatlığını nəzərə alan səfirlik C.Mirzəyevanın taleyinin aydınlaşdırılmasına köməklik göstərilməsi xahişi ilə Azərbaycanın Xarici İşlər Nazirliyinə və digər səlahiyyətli orqanlarına rəsmi sorğular göndərməyi R.Balayevə tövsiyə edib.

Səfirlik onu da vurğulayıb ki, C.Mirzəyevanın Rusiya Federasiyasında mümkün vətəndaşlığı nəzərə alınaraq, məsələ Azərbaycan ilə Rusiya arasında ikitərəfli müqavilə və konvensiyaların müddəalarına uyğun həll edilməlidir.

Rasim Balayev, öz növbəsində, bu yanaşma ilə razılaşaraq onun adından yayılan məlumatlardan xəbərsiz olduğunu qeyd edib, məsələyə diqqət ayırdığına və həllinə köməklik göstərməyə hazır olduğuna görə səfirliyə təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031