azturkxeber.az
http://azturkxeber.az

Nazirlik: Son illər birdəfəlik müavinətlər dəfələrlə artıb

30-07-2025


2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin icrası digər sosial ödənişlər kimi birdəfəlik müavinətlərdə də ciddi artımlara imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə birdəfəlik müavinətlərin məbləği uşağın anadan olmasına görə 6,7 dəfə artırılaraq 600 manata, dəfn üçün isə 5 dəfə artırılaraq 600 manata çatdırılıb.

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətdə də 1,5 dəfə artım olub və hazırda məbləği 300 manatdır.

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin məbləği isə 2018-2025-ci illərdə 3,5 dəfə artırılaraq 1600 manata çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031