azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda dövlət orqanlarının 37 əməkdaşı ixtisaslaşmış təlimləri uğurla başa çatdırıb

30-07-2025

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin təşkil etdiyi uzunmüddətli təlimlərin 174 nəfər iştirakçısından 37 nəfəri qatıldıqları təlimləri uğurla başa çatdırıblar. “Rəhbərlər üçün İnkişaf Proqramı” təlimini 15 nəfər (hər biri 32 saat olmaqla 2 sessiya, 46 iştirakçı), “Dövlət Satınalmaları və tətbiqi” təlimini 11 nəfər ( hər biri 18 saat olmaqla 2 sessiya, 43 iştirakçı), HR təlimlərini 7 nəfər (hər biri 24 saat olmaqla 2 sessiya, 39 iştirakçı), SMM təlimini 4 nəfər (8 saat olmaqla 1 sessiya, 46 iştirakçı) imtahanlarda yüksək nəticə əldə ediblər.

Hazırda “Naxçıvan Təlim Mərkəzi” PHŞ-nin təşkil etdiyi “Maliyyə və Mühasibat uçotu” və “Microsoft Office proqramları” təlimləri davam edir. Paralel olaraq mütəmadi olaraq ƏMAS, SƏTƏM və digər istiqamətlər üzrə qısamüddətli təlimlər keçirilir.

Avqustun sonuncu dekadasından etibarən uzunmüddətli təlimlərin yeni sessiyalarının keçirilməsinə hazırlıq işləri aparılır.

2025-ci ilin 7 ayı ərzində Mərkəzdə keçirilən təlimlərdə 80-ə yaxın dövlət qurumundan 1037 nəfər qısamüddətli və uzunmüddətli təlimlərdə iştirak etmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031