azturkxeber.az
http://azturkxeber.az

İRİA: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025

İRİA: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 5-ci təlim dalğası çərçivəsində 100 nəfər məzunumuz informasiya, təhlükəsizlik və kibertəhlükəsizlik istiqamətində əmək bazarına daxil olur. Bugünkü günə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 380 professional mütəxəssis, kibertəhlükəsizlik mütəxəssisi yetişdirilib.

Bunu jurnalistlərə açıqlaması zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, məzunların 74 faizi artıq sahəsi üzrə işləyir. Fərid Osmanov vurğulayıb ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “Beyin Mərkəzi” layihəsi çərçivəsində peşə və ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb.

“Layihənin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində insan kapitalını gücləndirmək, gənclərin həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını artırmaqdır. Artıq bu istiqamətdə mühüm addımlar atılıb: iki yeni fənn müvafiq tədris proqramlarına əlavə olunub, tələbələr üçün seminarlar, təlimlər və vörkşoplar təşkil edilib.

Bu çərçivədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əldə edilən razılaşmaya əsasən 2025-2026-cı tədris ilindən etibarən informasiya təhlükəsizliyi fənninin tədrisi həyata keçiriləcək. Mingəçevir Dövlət Universiteti ilə əldə edilən razılığa əsasən isə kibertəhlükəsizlik üzrə bir fənnin hibrid formada tədrisi planlaşdırılıb. Gələcəkdə Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, ADA Universiteti, İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində əməkdaşlıqların daha da genişləndirilməsi, eləcə də “Kiber klub”ların fəaliyyətinə dəstək göstərilməsi planlaşdırılır. Bütün bu fəaliyyətlər bir daha göstərir ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin missiyası yalnız bugünkü kadr ehtiyaclarını qarşılamaq deyil, həm də gələcəyin kibertəhlükəsizlik mütəxəssislərini yetişdirməkdir. Mərkəzin fəaliyyəti getdikcə genişlənir və biz bu istiqamətdə işlərimizi qətiyyətlə davam etdirəcəyik”, - deyə Fərid Osmanov vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031