azturkxeber.az
http://azturkxeber.az

Gözdən əlilliyi olan şəxslər üçün növbəti peşə kursuna başlanıb

30-07-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.

Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurs kompüter operatoru peşəsi üzrədir.

Xüsusi proqram əsasında kursa qeyd edilən kateqoriyaya aid 35 nəfər işsiz şəxs cəlb olunub.

İki ay davam edəcək kurs başa çatdıqdan sonra buraxılış imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.

Peşə kursuna cəlb olunan şəxslərə aylıq təqaüd də ödənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031