azturkxeber.az
http://azturkxeber.az

BDYPİ: Yolda şou yox, məsuliyyət olmalıdır

30-07-2025

BDYPİ: Yolda şou yox, məsuliyyət olmalıdır

Bir sıra media resurslarında “Mercedes” markalı nəqliyyat vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən edilərək dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qayda pozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

BDYPİ bir daha xatırladır ki, bu kimi məsuliyyətsiz davranışlar nəinki avtomobildə olan şəxslərin, eyni zamanda, digər hərəkət iştirakçıların da həyat və sağlamlığı üçün təhlükə yaradır. Qanunvericiliyin tələblərinə yalnız sürücülər deyil, sərnişinlər də əməl etməli, hər bir yol hərəkəti iştirakçısı şəxsi təhlükəsizliyinə biganə yanaşmamalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031