Avropa Çempionatında növbəti bürünc medal!
Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan millisinin üzvü Xanna Əliyeva standart tapança ilə 25 metr məsafəyə atəş açma yarışında uğurla çıxış edərək bürünc medal qazanıb.
İdmançımız 560 xal və 12 daxili onluq (x) nəticə göstərərək turniri 3-cü pillədə başa vurub və fəxri kürsüyə yüksəlib.
Yarışın ilk iki pilləsində Macarıstan təmsilçiləri qərarlaşıblar. Güclü rəqiblər arasında gərgin rəqabət şəraitində sabit çıxış nümayiş etdirən Xanna Əliyeva bu nəticə ilə Azərbaycan komandasının medal sayını artıraraq ölkəmizə daha bir beynəlxalq uğur qazandırıb.