azturkxeber.az
http://azturkxeber.az

Respublika Hərbi Prokurorluğu ilə birgə tədbirlər davam edir

29-07-2025

Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə şəxsi heyət arasında hərbi intizamın daha da möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin səviyyəsinin artırılması və hərbi qulluqçular arasında hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər davam edir.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra çıxış edənlər hərbi intizamın qorunmasının dövlətin müdafiə qabiliyyətində oynadığı mühüm rola diqqət çəkmiş, hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasının əhəmiyyətini xüsusi vurğulamışlar.

Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi xidmət zamanı baş verə biləcək hüquq pozuntuları və onların hüquqi nəticələri barədə ətraflı məlumat verilmiş, konkret misallar əsasında təhlillər aparılmışdır.

Hərbi qulluqçular arasında hüquqi savadlılığın artırılmasının yalnız inzibati tədbirlərlə deyil, həm də tədris, tərbiyə və maarifləndirmə metodlarının tətbiqi ilə həyata keçirilməsinin daha səmərəli nəticələr verdiyi qeyd olunmuşdur.

Tədbirlərin sonunda şəxsi heyətlə xatirə fotoşəkli çəkdirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031