azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşüb

29-07-2025

 


Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrə şəhərində Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Huqo Motta ilə görüşüb.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında coğrafi uzaqlığa baxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar mövcuddur. 2023-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğu qeyd edilərək, vurğulanıb ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr fonunda parlamentlərimiz arasında da yaxşı münasibətlər var.

Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühüm beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Hər iki ölkənin parlament dostluq qrupları arasında sıx təmasların mövcud olmasından məmnunluq ifadə olunaraq, qeyd edilib ki, bu təmaslar parlamentlər arasında əməkdaşlığın genişlənməsinə imkan verir. Keçirilən görüşlərin və siyasi dialoqun parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyi vurğulanıb. Müasir dünyada mövcud olan çağırışlara qarşı birgə mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha qeyd edilib.

Görüşdə COP30-un Braziliyada keçiriləcəyi xatırladılaraq, ötən il Azərbaycanın COP29-a uğurla evsahibliyi etdiyi vurğulanıb. Qeyd olunub ki, bu mühüm qlobal tədbir çərçivəsində ölkəmizə səfər etmiş Braziliya nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının qonaqpərvərliyindən, bu tədbirin ən yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildiriblər. COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkil etdiyi Parlament görüşünün uğurla baş tutduğu qeyd edilərək, Braziliyada COP30 çərçivəsində keçiriləcək Parlament konfransının təşkili ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları barədə də danışılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031