Göygöl rayonunda “Vətəndaşların müraciət etmək hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Göygöl rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətəndaşların müraciət etmək hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ombudsman təsisatı, vətəndaşların ərizə, şikayətlərə baxılması qaydaları, Ombudsmanın regional mərkəzləri, “916” Çağrı Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Həmçinin müraciətlərə baxılmasının əsas prinsipləri, müraciətə dair tələblər, yazılı müraciətlərinin qəbulu, qeydiyyatı, onlara baxılması qaydası və müddətləri diqqətə çatdırılıb.
Tədbirin yekununda mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: