azturkxeber.az
http://azturkxeber.az

Diasporla İş üzrə Dövlət Komitəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

29-07-2025

Diasporla İş üzrə Dövlət Komitəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir. Fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb.

“AzInTelecom”dan bildirilib ki, komitə informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən Dövlət Komitəsi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti ilə təmin olunub. Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.

“Hökumət buludu” haqqında:

“Hökumət buludu” layihəsi “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031