azturkxeber.az
http://azturkxeber.az

Baş Dövlət Yol Polisi İdarəsinin Sürücülərə Müraciəti

29-07-2025

Hörmətli yol hərəkəti iştirakçıları!

Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.

Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.

Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır.

Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.

Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031