azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev milli bayram münasibətilə Perunun dövlət başçısını təbrik edib

28-07-2025

Prezident İlham Əliyev milli bayram münasibətilə Perunun dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin dövlət başçısı xanım Dina Ersilia Boluarte Zeqarrayı və xalqını təbrik edib.

Təbrik məktubunda qeyd edilib: “İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir”.

Dövlətimizin başçısı bu xoş gündə Dina Ersilia Boluarte Zeqarraya möhkəm cansağlığı, işlərində uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031