Nigeriyada qayığın batması nəticəsində 13 nəfər ölüb

Nigeriyada qayığın batması nəticəsində aralarında uşaqlar da olmaqla 13 nəfər ölüb.
Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb. Bildirilib ki, 39 nəfərin olduğu qayıqda sərnişinlərlə yanaşı, ev heyvanları və kənd təsərrüfatı məhsulları da olub. Sərnişinlər bazara gedirmiş. 26 sərnişin xilas edilib.
İlkin ehtimala görə qəzaya qayığın həddən artıq yüklənməsi səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: