azturkxeber.az
http://azturkxeber.az

2030-cu ilədək Səudiyyə Ərəbistanında 100 milyon ağacın əkilməsi planlaşdırılır

28-07-2025

2030-cu ilədək Səudiyyə Ərəbistanında 100 milyon ağacın əkilməsi planlaşdırılır

2030-cu ilədək “Yaşıl Səudiyyə” təşəbbüsü çərçivəsində 100 milyon manqrov ağacının əkilməsi planlaşdırılır.

Səudiyyə Ərəbistanının Bitki Örtüyünün İnkişafı və Səhralaşmaya qarşı Mübarizə Mərkəzi bu təşəbbüs çərçivəsində indiyədək artıq 52 milyon ağac tinginin əkildiyini bildirib.

Manqrov meşələri özündə bir çox funksiyanı birləşdirən bütöv ekosistemlər sayılır. Onlar quşlar, balıqlar və digər dəniz canlıları üçün təbii yaşayış mühiti yaradaraq bioloji müxtəlifliyin artırılmasına töhfə verir. Bu ağaclar karbon qazını udmaq və saxlamaq baxımından yüksək qabiliyyətə malikdir. Manqrov meşələri sahilyanı icmalar üçün əhəmiyyətli iqtisadi resurs da sayılır. Bu ağaclar qida dəyəri yüksək bal verən çiçəklərə malikdir.

Bu çərçivədə, Səudiyyə Ərəbistanında Qırmızı dəniz və Körfəz sahillərində milyonlarla manqrov ağacının əkilməsi üçün bir sıra təşəbbüs və layihələr həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031