Türkiyənin Gürsu İpekyolu məhəlləsindəki Gürsu TOKİ yaşayış kompleksi ilə Kestel rayonunun Ağlaşan məhəlləsi arasında yerləşən meşəlik ərazidə axşam saatlarında başlayan yanğının söndürülməsi üçün işlər fasiləsiz şəkildə davam etdirilir.
“Anadolu Agentliyi“nin məlumatına əsasən küləyin təsiri ilə sürətlə yayılan alovlara müdaxiləyə vətəndaşlar da dəstək verir.
Gecə boyunca 1777 nəfərlik şəxsi heyət və 688 texnika ilə fasiləsiz davam etdirilən yanğının nəzarət altına alınması üçün səhərin açılması ilə havadan müdaxilə də yenidən başlayıb.
Meşə Təsərrüfatı Baş İdarəsinin inventarına daxil olan 3 helikopter və 3 yanğınsöndürmə təyyarəsi də havadan müdaxiləni davam etdirir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Bu gün Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər