azturkxeber.az
http://azturkxeber.az

Serbiya DİN: Hazırda açıq ərazilərdə 100-dən çox yanğın aktivdir

27-07-2025

Serbiya DİN: Hazırda açıq ərazilərdə 100-dən çox yanğın aktivdir

Hazırda Serbiya ərazisində açıq ərazilərdə 100-dən çox meşə yanğını aktivdir.

Bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ən çox təhlükə altında olan bölgələr Niş, Vranye, Kraquyevaç, Priyepolye, Mali Zvornik, Uyiçe və Kruşevaç şəhərləri yaxınlığındadır. Yanğınların söndürülməsinə ölkənin hər yerindən 500-dən çox yanğınsöndürən və xilasedici, müxtəlif təyinatlı 150-yə yaxın texnika cəlb olunub. Hazırda yanğınsöndürənlər və xilasedicilər tərəfindən müxtəlif təyinatlı 230-dan çox tikili mühafizə olunur.

Monteneqro ərazisində baş verən yanğının Serbiya ərazisinə keçmə ehtimalı var. Bu məqsədlə Monteneqronun sərhədindəki Kamena Qoraya doğru yayılan yanğınla əlaqədar Serbiyanın Priyepolye bələdiyyəsi ərazisində fövqəladə vəziyyət elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031