azturkxeber.az
http://azturkxeber.az

Gürcüstanın və Azərbaycanın elm və təhsil nazirliklərinin birgə işçi qrupu bir sıra məsələlər üzrə fəal işə başlayacaq

26-07-2025

Gürcüstanın və Azərbaycanın elm və təhsil nazirliklərinin birgə işçi qrupu bir sıra məsələlər üzrə fəal işə başlayacaq

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi bu qurumun rəhbəri Givi Mikanadzenin Bakıya səfəri çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə işgüzar görüşü barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, nazirlər iki ölkənin təhsil sistemlərinin bütün səviyyələrində həyata keçirilən islahatları, əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.

Givi Mikanadzenin sözlərinə görə, Gürcüstan tərəfi azərbaycanlı şagird, tələbə və müəllimləri dəstəkləmək üçün bir sıra mühüm təşəbbüslər, o cümlədən məktəblərdə dil tədrisinin gücləndirilməsi və universitetlərdə tələbələrin maliyyələşdirilməsinin artırılması proqramları həyata keçirir.

Görüş iştirakçıları STEAM istiqamətində tərəfdaşlığın genişləndirilməsini vurğulayıb, Azərbaycan tərəfinin Gürcüstanda STEAM mərkəzi yaratmaq arzusunu dəstəkləyib.

Qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında təhsil və elm sahəsində çoxillik əməkdaşlıq mövcuddur və bu tərəfdaşlıq təhsilin müxtəlif səviyyələrində irimiqyaslı birgə layihələrin həyata keçirilməsi yolu ilə daha da genişləndiriləcək.

Söhbət zamanı Gürcüstan və Azərbaycan nazirliklərinin nümayəndələrini birləşdirəcək işçi qrupunun bərpası məsələsinə də toxunulub. Bildirilib ki, qrup cari ilin avqust ayından bir sıra məsələlər üzrə fəal işə başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031