azturkxeber.az
http://azturkxeber.az

Gürcüstan cari ilin birinci yarısında 525 əcnəbini deportasiya edib

26-07-2025

Gürcüstan cari ilin birinci yarısında 525 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çəərçivəsində 2025-ci il yanvarın 1-dən iyunun 30-dək 525 nəfər xarici ölkə vətəndaşını deportasiya edib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Gürcüstandan deportasiya olunanlar siyahısında birinci yerdə Hindistan və İran, ikinci yerdə Çin, üçüncü yerdə isə Türkiyə vətəndaşları dayanırlar. Əcnəbilərin deopratsiyası barədə qərarı Miqrasiya Deprtamenti və məhkəmələr qəbul edir.

Deportasiya barədə xəbərdarlıq almış xarici ölkə vətəndaşı 10 gündən 30 günədək müddət ərzində öz vəsaiti hesabına ölkəni tərk etməlidir. Gürcüstanı könüllü tərk etdikdə əcnəbilər yalnız inzibati cərimə ilə üzləşirlər. Əcnəbilər Gürcüstanın səlahiyyətli orqanı tərəfindən müəyyən edilmiş müddətdə Gürcüstanı tərk etmədikdə, onların ölkədən çıxarılması haqqında qəbul edilmiş qərar məcburi icra edilir. Həmin şəxslərin Gürcüstana girişi 2 ildən 5 ilədək qadağan olunur. Gürcüstana giriş qadağası ölkəni könüllü tərk edən əcnəbilərə şamil edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031