azturkxeber.az
http://azturkxeber.az

7 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

26-07-2025

7 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ilin 6 ayı ərzində əlilliyi olan 7 min 249 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 2 min 853 şəxs münasib işlərlə təmin edilib, 762 şəxs isə öz kiçik təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Onlar üçün ilk mərhələdə kiçik biznesin təşkili və idarə edilməsi üzrə təlimlər təşkil edilib. Təlimləri başa vuranlara seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlər təqdim olunur.

Əlilliyi olan 213 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Həmin kateqoriyadan olan 3 min 421 şəxsə isə peşəyönümü məsləhət xidməti göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031