azturkxeber.az
http://azturkxeber.az

İki il sonra Cənubi Koreyada təşkil olunacaq Universiada ilə bağlı mətbuat konfransı keçirilib

25-07-2025

İki il sonra Cənubi Koreyada təşkil olunacaq Universiada ilə bağlı mətbuat konfransı keçirilib

Cənubi Koreyanın 2027-ci ildə ev sahibliyi edəcəyi Ümumdünya Yay Universiadası ilə bağlı mətbuat konfransı keçirilib.

Almaniyanın Essen şəhərindəki media mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Asiya ölkəsində keçiriləcək yarışın tanıtım videosu yayımlanıb.

Daha sonra Universiadanın Təşkilat Komitəsinin prezidenti Kan Çanhi və vitse-prezident Li Çanseob yarış barədə məlumat veriblər. Bildirilib ki, "Səninlə, ürəklə" (With you, with heart") şüarı altında təşkil olunacaq yarışa Cənubi Koreyanın 4 şəhəri ev sahibliyi edəcək. 2027-ci il avqustun 1-dən 12-dək Çunqçonq vilayətində keçiriləcək tələbə oyunlarında 18 idman növü (idman gimnastikası və bədii gimnastika, oxatma, avarçəkmə, cüdo, atletika, badminton, basketbol, suya tullanma, qılıncoynatma, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol, su polosu, çimərlik voleybolu və qolf) üzrə mübarizə baş tutacaq.

Sonda təşkilatçılar jurnalistləri maraqlandıran sualları cavablandırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031