azturkxeber.az
http://azturkxeber.az

"YAŞAT" Fondu Londonda yay məktəbi təşkil edib

24-07-2025

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, "Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü "YAŞAT" yay məktəbi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Yay məktəbi London Universitet Kollecində keçirilir və ilk növbədə, iştirakçılar ingilis dili biliyinin ölçülməsi məqsədilə səviyyə imtahanında iştirak ediblər. Daha sonra onlar hər gün 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.

Tədrislə yanaşı, proqram çərçivəsində zəngin ekskursiya proqramı da təşkil olunur. İştirakçıların ekskursiyası Londonun rəmzi sayılan “Big Ben”i ziyarətlə başlayıb Vestminster abbatlığı və sarayı ilə davam edib. Ardınca iştirakçılar Müqəddəs Pavel kafedralı və dünyanın ən çox ziyarət edilən, milli-beynəlxalq modern sənət əsərlərinin sərgiləndiyi Teyt Modern Muzeyində olublar. Temza çayı üzərində tikilmiş ən yeni körpü olan Millenium və tarixi Tauer körpüsü, London qalası və Madam Tüsso Muzeyi də onların marağına səbəb olub.

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031